Əli Həsənov Yaponiyaya yola düşüb

Əli Həsənov Yaponiyaya yola düşüb

25 Avqust 2015 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 24-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tokioya yola düşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi səfər Yaponiya xarici işlər naziri Fumio Kişidayanın dəvəti əsasında baş tutub. Səfərdə məqsəd hər iki ölkə arasında dostluq əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir.

Mediainfo.az