Ramiz Novruz Ramiz Məlikdən üzr istəyib

Ramiz Novruz Ramiz Məlikdən üzr istəyib

25 Avqust 2015 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz həmkarı Ramiz Məlikdən üzr istəyib.

Bu barədə məlumat verən R. Məlik qeyd edib ki, aralarında olan münasibətə aydınlıq gətiriblər: "Ramiz Novruz məndən üzr istədi, məsələ həll olundu. Mən böyüklük və ağsaqqalıq elədim, şikayətimi geri götürdüm. Mənə qarşı hansı hörmətsizliyi etmişdisə, söyüşləri söymüşdüsə, geri götürdü, xahiş etdi ki, onu bağışlayım".

R. Məlik əlavə edib ki, R. Novruzun Akademik Milli Dram Teatrının qarşısında üzr istəməyinə ehtiyac qalmayıb.

Mediainfo.az