Velosipedçini vurub aradan çıxdı

Velosipedçini vurub aradan çıxdı

26 Avqust 2015 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Əmirli kəndində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə yolun hərəkət hissəsində velosiped sürən rayon sakini Nurlan Quliyev vurulub. Nurlan Quliyev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az