Bakıda xarici vətəndaş intihar edib

Bakıda xarici vətəndaş intihar edib

28 Avqust 2015 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonu ərazisində yerləşən "ABU PETROL" yanacaqdoldurma məntəqəsinin yaxınlığında intihar hadisəsi qeydə alınıb.

Böyük Britaniya vətəndaşı, 1976-cı il təvəllüdlü Elizabet Adamuku yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, intihar edən şəxsin hamiləliyi bir müddət əvvəl pozulub və o, bu səbəbdən depressiyaya düşüb. Xarici vətəndaşın məhz bu səbəbdən intihar etdiyi ehtimal edilir.

Mediainfo.az