Tənqidçinin ölümünə səbəb olan həkim həbs edildi

Tənqidçinin ölümünə səbəb olan həkim həbs edildi

31 Avqust 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov məhkəmə zalında həbs edilib.

Axar.az əməkdaşının verdiyi məlumata görə, bu gün Bakı Apleyasiya Məhkəməsində keçirilən prosesdə F.İbrahimov 2,5 il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib. Qeyd edək ki, F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Mediainfo.az