İsrail Gürcüstan hökumətini məhkəməyə verdi

İsrail Gürcüstan hökumətini məhkəməyə verdi

11 Aprel 2011 15:03
Bəyəndim (0) Bəyənmədim (0)
Lap təmsildəki kimi


İsrailin emal və silahlandırma şirkəti Gürcüstan hökumətini məhkəməyə verib. Bu barədə məlumat "PR Nyusvire" qəzeti tərəfindən keçirilən mətbuat konfransında açıqlanıb.

"Elbit" şirkəti Gürcüstan hökumətinin 100 milyon dollar borclu olduğunu və 2007-ci ildən bəri bu pulları ödəmədiyini bildirib. Məhkəməyə göndərilən iş İngiltərənin Ali Məhkəməsi tərəfindən araşdırılacaq.

Qeyd edək ki, şirkət Gürcüstan tərəfinə pilotsuz kəşfiyyat təyyarələri satmış, T-72 tanklarının yenidən təkmilləşdirilməsinə yardım etmişdi.

Rəsmi Gürcüstan tərəfi isə məsələyə münasibət bildirməyib.

Yəhudi gürcünü məhkəməyə verir. Hakim isə ingilisdir. Bu lap məşhur "Ayı ilə şirin söhbəti" təmsilinə oxşadı. Ayı və Şir dovşanı ovladıqları halda bölə bilmirlər və hakim seçdikləri tülküyə müraciət edirlər. Yəqin ki, təmsilin nə ilə nəticələndiyini bilirsiniz...

Elvin Babayev

O.M.