Yaponiyada qorxudan radiasiyanın səviyyəsi artdı
Fukuşimada bu günə kimi ən yüksək səviyyədə radiasiya
Yaponiyada 11 mart tarixində meydana gələn sunami və zəlzələnin ardından xəsarət alan Fukuşimada bu günə kimi ən üst səviyyədə radiasiya ölçüldü. "Jiji Press" agentliyinin xəbərinə görə, "TEPCO" bir və ikinci reaktorların arasından keçən borunun altından 10 sievertin üzərində radiasiya aşkarladı. Tokio Elektrik Şirkəti sızıntının qaynağının araşdırıldığını söylədi.
Sievert radiasiyanın heyvanlar, insanlar və bitkilər üzərindəki səviyyəsini göstərir. Bu və ya digər səbəblərdən insan ildə 1 millisievert radiasiya qəbul edir. Hansı ki, bu, insan sağlamlığı üçün zərərli hesab olunmur. Ancaq rəqəm 1000-i aşarsa, artıq xərçəngdən söhbət gedə bilər.
Biz isə 40 dərəcə istinin altında şüalanırıq.
Günel Həbib
O.M.
Digər xəbərlər