Saxta pul hazırlayan nigeriyalılar

Saxta pul hazırlayan nigeriyalılar

4 Aprel 2016 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlamaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin apellyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinası satarkən saxlanılıblar. Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının azaldılmasını istəyirlər.

İnarə