ABŞ hərbçiləri səhvən xəstəxananı vurub
ABŞ hərbçilərinin atdığı raket Əfqanıstanın Lohar əyalətində xəstəxanaya düşüb. Mahal başçısı Məhəmmədağa Əbdül Həmidin sözlərinə görə, gecə bir qrup talib xəstəxana hasarının arxasında gizlənərək NATO kolonnasını atəşə tutub. Hərbçilərin cavab atəşi zamanı atılmış raket xəstəxanaya dəyib. Hadisə nəticəsində 2 xəstə - bir uşaq və bir qadın yaralanıb.
ABŞ başqalarını səhvlərə görə cəzalandırır. Bəs, görəsən ABŞ-ı etdiyi səhvlərə görə kim cəzalandıracaq?!
Tofiq Əliyev
O.M.
Digər xəbərlər