Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətləri üzrə qərar qəbul edib

Məhkəmə ANS ÇM-in MTRŞ-ya qarşı şikayətləri üzrə qərar qəbul edib

15 Aprel 2016 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri əsasında məhkəmə prosesləri keçirilib.

Məhkəmə şikayətlər üzrə bir qərar qəbul edib. Qərara əsasən, radionun şikayətləri təmin edilməyib və Səbail rayon Məhkəməsinin qərarları qüvvəsində saxlanılıb.

Qeyd edək ki, MTRŞ radionun cərimə olunması ilə bağlı bir neçə qərar qəbul edib. Həmin qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.

Mediainfo.az