Dağıstanda hələ də dağ qanunları hökm sürür

Dağıstanda hələ də dağ qanunları hökm sürür

12 Aprel 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən xəbər verdiyimiz kimi, Dağıstanda gecə saatlarında polis əməkdaşları ilə döyüşçülər arasında silahlı toqquşma olub. Hadisə Çumandinsk rayonunun dağ yolunda baş verib. Terrorçular əvvəlcə polis maşınlarının keçdiyi yolda partlayış törədib, sonra isə meşədən onları atəşə tutublar. Polislər döyüşçülərə cavab atəşi açıblar. 2 polis hadisə yerindəcə ölüb, 3-ü isə ağır yaralanıb. Əməliyyatdan qayıdan polis karvanının 2 avtomobili isə sıradan çıxıb.

XXİ əsrdir, Dağıstan isə adına uyğun olaraq dağ qanunları ilə yaşayır.

Hafiz Əhmədov

O.M.