Fazil Mustafa İŞİD-ə lənət, bütpərəstlərə rəhmət oxudu

Fazil Mustafa İŞİD-ə lənət, bütpərəstlərə rəhmət oxudu

5 İyul 2016 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin üzvü Fazil Mustafa Banqladeşdə İŞİD terror qruplaşmasının üzvlərinin 7 yapon vətəndaşını qətlə yetirilməsinə kəskin münasibət bildirib. Millət vəkili İŞİD üzvü olan müsəlmanların girov götürdükləri yapon vətəndaşlarının 7-sini Quran-i Kərimin ayələrini əzbərdən təkrarlaya bilmədiklərinə görə qətlə yetirdiklərini vurğulayaraq bu barədə öz fikrini belə bildirir:

"Allah Quran-i Kərimi zorla insanlara oxutmaq istəyən bütün müsəlmanlara lənət etsin! Dünyada və Azərbaycanda bu cür müsəlmanlara simpatiyası olan hər kəsi də Rəbbimiz bu lənətə şərik etsin! Orada Quranı əzbər söyləyə bilmədiyinə görə haqsız yerə öldürülən bütpərəst yaponlara Allah qəni-qəni rəhmət etsin! Bu yaponlar insan olmuşlar, ancaq müsəlman olmamışlar! Bu terrorçular isə müsəlman olmuşlar, fəqət insan olmamışlar!"

Mediainfo.az