Ermənistanda 200 nəfər saxlanılıb
Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. Hazırda onlardan 50-si sərbəst buraxılıb.
Məlumata əsasən, hüquq-mühafizə orqanları onların "Təsis Parlamenti" təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.
Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən silahlı şəxslər 7 nəfəri girov saxlayır.
Mediainfo.az
Digər xəbərlər