Azərbaycanda hepatit virusundan əziyyət çəkən xəstələrin sayı açıqlanıb

Azərbaycanda hepatit virusundan əziyyət çəkən xəstələrin sayı açıqlanıb

28 İyul 2016 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən xəbərə görə, 30 iyun tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət edilib.

Bildirilib ki, nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı – 990 nəfər təşkil edib. Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı – 260 nəfər təşkil edib: "Hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyasının qəbul etdiyi qərarda Hepatit viruslarının qarşısının alınmasına və onunla mübarizəyə kompleks yanaşmanın vacib olduğu vurğulanıb və 28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilib. Həmin gün, qlobal ictimai səhiyyə problemi kimi, Hepatit barədə daha geniş məlumatlandırma işinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik və mübarizə tədbirlərinin həyata keçirilməsinə xidmət edir".

Qeyd olunub ki, bu xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində Azərbaycan da çox əhəmiyyətli addımlar atılır. Bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılması olub. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib və digər işlər həyata keçirilib.

Mediainfo.az