Canlı efirə bağlanan Qəddafi ölkəsində olduğunu deyib

Canlı efirə bağlanan Qəddafi ölkəsində olduğunu deyib

8 Sentyabr 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya lideri Müəmmar Qəddafi ortaya çıxıb. Qəddafi Suriya televiziyası ola "Arrari"nin canlı efirinə telefonla bağlanıb. O, Liviyadan zəng etdiyini və müxalifəti məğlub edəcəyini deyib. Liviya lideri qısa müddətli danışığı zamanı tərəfdarlarının müxalifəti və ölkəsinə hava hücumları edən NATO-nu məğlub etmək üçün hərəkətə keçəcəyini bəyan edib. "Gənclər indi Tripolidəki siçanlara (müxalifət) qarşı mübarizəni yüksəltmək və muzdlu əsgərləri məhv etməyə hazırdırlar. NATO-nu məğlub edəcəyik və NATO Liviya xalqı tərəfindən rədd ediləcək".

Qeyd edək ki, Qəddafinin sözçüsü daha öncəki açıqlamalarında da ölkə rəhbərinin Liviyada olduğunu və əhval ruhiyyəsinin yüksək olduğunu açıqlamışdı.

Öldü var, döndü yox.

Tofiq Əliyev

O.M.