Müdir çoxlu sifariş verən müştəriləri cəzalandıracaq
Səudiyyə Ərəbistanının Dammam şəhərində fəaliyyət göstərən restoran rəhbərliyi müştərilərini cəzalandırmaq qərarına gəlib. Belə ki, "Marmara" restoranının müdiri Fahad əl Anezinin sözlərinə görə, bəzi müştərilər ən çətin hazırlanan yeməkləri tez-tez sifariş verirlər. Ətrafındakılara özlərini göstərmək, populyarlıq qazanmaq, pullarının çoxluğunu nümayiş etdirməkdən ötrü belə bir yola əl atırlar. Üstəlik, yemək yeyilmədən zibilliyə atılır. Məhz bu səbəbdən rəhbərlik hər dəfə sifariş olunan, lakin istehlak edilməyən yeməyə görə müştəriləri yüklü qəbzlə cəzalandıracaq.
Yeməyənin payını yeyərlər, deyiblər.
Günel Həbib
O.M.
Digər xəbərlər