Rüşvət almaqda təqsirləndirilən baş redaktorun məhkəməsi başlayır
Rüşvətxorluqda təqsirləndirilən "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA-nın xəbərinə görə, cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Prosesin hazırlıq iclası sentyabrın 27-nə təyin olunub. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov iyulun 10-da 1000 manat rüşvət alarkən tutulub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Baş redaktor rüşvət alaraq öz başına iş açdı.
Tofiq Əliyev
O.M.