Çinin yeni senzurası gülüncdür
Çin Dövlət Kino, Radio və Televiziya İdarəsi bu dəfə "zamana səfər" mövzu ətrafında çəkilən filmlərin ölkədə yayımlanmasını qadağan etdi. 31 martda qəbul edilən qərarla çinlilər "fantaziya elementləri, vaxt səfəri, əfsanələr, qəribə hekayələr, absurd texnikalar və hətta feodal dövrdən qalma batil inanclar, qapalı əxlaqi dərslər və müsbət düşüncə əskikliyi"ni əks etdirən film və seriallardan məhrum oldular. Hökumətdən verilən açıqlamada deyilir ki, adıçəkilən filmlər geriyə gedərək, tarixi yenidən yaza bilən simvollara üstünlük verir və bu cür istehsallar Çin mirasına ziddir.
Xatırladaq ki, bu qərarı əsas gətirərək, bundan sonra "Kosmos Yolu", "Gizli Sənədlər", "Dr.Who", "Gələcəyə Dönüş" və "Terminator" kimi filmlər artıq Çində yayımlanmayacaq.
Əlbəttə ki, yüngül əxlaq tərzini tərənnüm edən filmlərə həmişəki kimi yaşıl işıq yandırılıb. Axı bu filmlərə sadə vətəndaşlarla bərabər dövlət rəhbərləri də baxır...
Günel Həbib
O.M.