Bakıda 26 dərəcəyədək isti olacaq

Bakıda 26 dərəcəyədək isti olacaq

29 Sentyabr 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırıq.

Fərid Qurbanov

O.M.