Saxta əsginaslar götürülüb

Saxta əsginaslar götürülüb

29 Sentyabr 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 22-də Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Saleh Əliyevin üstünə baxış zamanı ondan 1 ədəd 5 manatlıq saxta əsginas aşkar edilərək götürülüb. S.Əliyevə həmin əsginası vermiş Kürdəmir rayon sakini Nazir Süleymanov tutulub və ondan 8 ədəd 5 manatlıq saxta əsginas götürülüb. Araşdırmalar zamanı N.Süleymanovun həmin əsginasları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Yusifovdan alması müəyyən edilib. S.Yusifov tutulmuş və onun evinə baxış zamanı oradan 2 ədəd 20 manatlıq saxta əsginas, habelə onları hazırlanmaq üçün istifadə etdiyi avadanlıq (printer, skaner, kserokopiya aparatları, xətkeş, kəsici alət və kağızlar) aşkar edilərək götürülüb.

Çalışın cinayətdən və cinayətkarlardan uzaq olun.

Tofiq Əliyev

O.M.