Suriyada təhsil alan azərbaycanlı tələbələrə ölkəni tərk etmək tövsiyə olunub

Suriyada təhsil alan azərbaycanlı tələbələrə ölkəni tərk etmək tövsiyə olunub

29 Sentyabr 2011 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Suriyada təhsil alan 60-a yaxın azərbaycanlı təhsilini tamamlaya bilməyib. Onlara ölkəni tərk etmək tövsiyə olunub". APA-nın xəbərinə görə, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli deyib. O, hazırda Suriyada güclü anti-türk əhval-ruhiyyəsinin hökm sürdüyünü, bu səbəblə azərbaycanlı tələbələrin ölkədən çıxarıldığını bildirib. Eyni səbəb üzündən azərbaycanlı zəvvarların Həcc marşrutunun dəyişdirilməsi də qərara alınıb.

Dünya siyasəti şahmat bənzəyir. Bu oyunda isə ən çox ziyan çəkən piyadalar olur.

Tofiq Əliyev

O.M.