Sunamidən zərər görənlər üçün tualetə 100 min dollar qoyuldu
Xəbər verdiyimiz kimi, Yaponiyadakı bələdiyyə binasının tualetinə 100 min dollar qoyuldu. Sən demə...
"Kyoda" agentliyinin xəbərinə görə, Saitama şəhərinin Sakado Bələdiyyəsinin tualetinə bir çantanın içərisində 100 min dollar qoyuldu. Çantanın üzərindəki notda bu pulun Tohodu bölgəsində sunamidən əziyyət çəkənlərə xərclənməsi istənilirdi. Xeyirxah insanın kimliyi bəlli deyil. Bələdiyyə isə bildirir ki, 3 ay müddətinə pulun itirilməsi ilə bağlı şikayət ərizəsi daxil olmazsa, pul "Qızıl xaç"a təhvil veriləcək. Xatırladaq ki, sunami və zəlzələ əsasən Tohoku bölgəsinə ziyan vurmuşdu.
Günel Həbib
O.M.
Digər xəbərlər