Yaponiya dünyaya insanlıq dərsi verdi
Mart ayında zəlzələ və sunaminin yerlə bir etdiyi Yaponiyada olub-bitənləri bütün dünya canlı-canlı izlədi. Ancaq görüntülərdəki fəlakət qədər diqqətlə izlənilməsi gərəkən bir nüans diqqəti cəlb edir. Demək olar ki, hər şeylərini - evlərini, yaxınlarını, dostlarını itirmiş yapon xalqından öyrəniləcək çox şey var:
1. Yaponlarda heç bir üzülmə, dərindən
sarsılma kimi əlamətlər hiss olunmadı. Onlar bu faciənin qarşısında mətinliklə
dayandılar. 2. Su və yemək növbələrində səssizlik,
nizam-intizam hər zaman hökm sürüb. Nə bir artıq söz, nə də kobud bir
hərəkət... 3. Əl qabiliyyətlərinə isə söz ola
bilməz. Məsələn, inşa etdikləri binalar sirkələndi, amma uçmadı. 4. İnsanlar faciə anında yalnız
ehtiyacları olanları aldılar ki, piştaxtalarda başqalarına da nə isə
qalsın. 5. Ölkədə heç bir oğurluq hadisəsinə
rast gəlinmədi. 6. Tərkibində çoxlu sayda işçi olan
komanda heyəti həyatlarını fəda etdilər. Radiasiyalı şəraitdə stansiyada
pompalama işləri aparmaq üçün ölümə razı oldular. 7. Restoran-kafelər endirimlər etdilər.
Qorunmayan bankomatlara oğrular belə yaxınlaşmadı. 8. Yaşlılardan tutmuş balacalara kimi -
heç kim normal həyatından geri qalmadı. Təhsil ən ön planda tutuldu. 9. Xəbərlərdə çıxış edib, ölkənin son
durumundan bəhs edən spikerlər öz mənfəətlərini güdmədilər. Tribunaya siyasi
məqsədini güdənlər yox, xalqa həqiqətən acıyanlar çıxarıldı. Və onlar da
vəzifələrinin öhdəsindən gələ bildilər. 10. Ən əsası isə, güclülər zəifləri
qorudular. Bax,
bu qədər vacib və əhəmiyyətli - çətin anlarda ayaqda qala bilmək üçün həqiqətən
insan olmaq gərəkdir... Günel
Həbib O.M.