Suriyada motosikletə qadağa qoyulub

Suriyada motosikletə qadağa qoyulub

19 Aprel 2011 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya Daxili İşlər Naziri ölkənin Humus şəhərində motosikletdən istifadə edilməsinə qadağa qoyub. Nazir qadağanın səbəbini motosiklet istifadəçilərinin vətəndaşlara qarşı silahlı nümayiş təşkil etmələri ilə əsaslandırıb. SANA xəbər agentliyinin verdiyi məlumata görə, şəhər ərazisində hətta motosikletlə gəzmək belə qadağandır. Şəhər polisi motosikletdən kiminsə istifadə etdiyini görsə, həmin şəxsin motosikletini əlindən alacaq və özünə də cərimə tətbiq edəcək.

Sataşmaq istəyən elə velosipedlə də sataşa bilər...

Hafiz Əhmədov

O.M.