Deputatımız Belorusa səfər edəcək

Deputatımız Belorusa səfər edəcək

20 Aprel 2011 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə aprelin 21-də Belorusa səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili parlamentlərarası dostluq qruplarının gələcək fəaliyyəti ilə bağlı tədbirlərin hazırlanması məqsədi ilə Minskdə olacaq. Bundan başqa bir sıra iqtisadi ə siyasi məsələlərin gündəmdə olması planlaşdırılıb.

Səfər aprelin 25-də başa çatacaq.

Ümidvarıq ki, dostluq 25 apreldən sonra da davam edəcək...

Elvin Babayev

O.M.