Liviyada hərbi əməliyyatlar davam edir
NATO əməliyyatları çərçivəsində Liviyaya hərbi müdaxiləyə qoşulan İngiltərənin hərbi aviasiya qüvvələrinin son iki gün ərzində paytaxt Trablusu bombaladığı bildirilib. Hücumlar zamanı idarə və rabitə mərkəzlərinin vurulduğu açıqlanıb.
NATO tərəfindən yayımlanan görüntülərdə qırıcı təyyarələrin rabitə çanaqları olan qüllələri nişan aldığı göstərilib.
NATO rəsmiləri vurulan obyektlərin hərbi məqsədlərlə istifadə edildiyini bildirib. Liviya rəsmiləri isə təyyarələrin telekommunikasiya, radio və televiziya mərkəzlərini vurduğunu açıqlayıb.
Guya Liviya camaatı oturub televizora baxırdı və ya radioya qulaq asırdı. Bu vaxt NATO onların istirahətini pozdu...
Elvin Babayev
O.M.
Digər xəbərlər