Yaşlı kişi timsahla əlbəya odu və itini xilas etdi

Yaşlı kişi timsahla əlbəya odu və itini xilas etdi

16 İyul 2019 09:06
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ-da köpəyini qorumağa çalışan bir nəfər timsahla döyüşüb.

Hadisə Palm-Harbor şəhərində baş verib.

Belə ki, 75 yaşlı təqaüdçü kişi öz Retriever cinsi köpəyi ilə parkda gəzərkən timsahın hücumuna məruz qalıb.

Vəhşi heyvan köpəyi dişləmək istəyərkən kişi onu təpikləməyə başlayıb. Mübarizədən əl çəkməyən təqaüdçü yekunda itini yırtıcının dişindən azad edə bilib.

Hadisə yerinə gələn xilasedicilər uzunluğu 2.44 metr olan timsahı tutublar.

Qeyd edilib ki, hadisə zamanı köpək və sahibi xəsarət almayıb. Teleqraf.com