Bakıda şaxtalı hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir.
Martın 11-də fasilələrlə yağıntı olacaq, sulu qar, qar
yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə
şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 10-da arabir yağıntılı
olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı
proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə
isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə
havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Martın 11-də bölgələrdə havanın fasilələrlə yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti,
dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə
havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
O.M.