Şəmkirdə imkansız ailələr pulsuz müayinə olunacaq
Terapevtik müayinələr imkansız ailələr və güzəştli kateqoriyadan olan əhali qrupu üçün nəzərdə tutulub.
Millət vəkili Məlahət İbrahimqızının dəstəyi ilə Nəsrəddin Tusi adına Klinika Şəmkirdə pulsuz terapevtik müayinələr keçirəcək. Millət vəkili bunun mərhum oftalmoloq Zərifə Əliyevanın ad gününə həsr olunduğunu və 28 aprel tarixində baş tutacağını deyib.
"Bu müayinə əsasən imkansız ailələrin, qaçqın və məcburi köçkünlərin, Qarabağ əlillərinin yoxlanılması üçün təşkil edilib. Müayinənin hələlik bir neçə günlük keçirilməsi nəzərdə tutulur. Əgər tələbat çox olarsa, vaxtın uzadılması da mümkündür" - deyə, millət vəkili əlavə edib.
Allah şəfa versin. Həm xəstələrə, həm də seçicilərini unudan huşsuz deputatlara...
Elvin Babayev
O.M.
Digər xəbərlər