Yastıq savaşında polislər
Nyu-Yorklular adətlərindən bu il də geri qalmadılar
ABŞ-ın Nyu-York şəhərində hər il ənənəvi olaraq təşkil edilən "Yastıq döyüşü" "Union Meydanı"nda yüzlərlə adamın iştirakı ilə yenidən keçirildi. Təyin olunan saatda start götürən müsabiqədə yüzlərlə Nyu-Yorklu bir-birini yastıqlarla vurmağa başladı. Polis kaskalar, xüsusi hazırlanmış əlcəklər və fərqli kostyumlarla "Union Meydanı"na gəldi. Təxminən 2 saat davam edən yastıq döyüşündə ətraf yastıqlardan boşalan quş tükləriylə dolarkən, polisin təyin etdiyi sahəyə sığmayanlar ətrafdakı küçələrdə döyüşünü davam etdirdilər.
Şəhərdə stress atmaq məqsədiylə 2000-ci illərin əvvəlində ilk dəfə təşkil edilən yastıq döyüşü qısa müddətdə dünyanın bir çox böyük şəhərində keçirilməyə başlamışdır.
O.M.
Digər xəbərlər