İlham Əliyev ABŞ-lı müşavir Tina Kaydanovu qəbul edib
Bu gün prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavir Tina Kaydanov Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini bildirib.
Digər xəbərlər