Ağstafada 47 yaşlı qadın özünə qəsd edib
Azərbaycanın Ağstafa rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində yerləşən fermada qeydə alınıb. Fermanın işçisi, 1965-ci il təvəllüdlü Gülqənd Paşayeva özünü asıb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər