16 yaşlı gənc namus üstə qatil oldu
Mayın 1-də axşam saatlarında Neftçala rayonunda qətl hadisəsi törədilib. 16
yaşlı gənc qatil olub. Bu barədə məlumatı bölgə müxbirimiz Oqtay Babayev verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, 1995-ci il təvəllüdlü Baxışov
Sahib Sahil oğlu qısqanclıq zəminində 1987-ci ildə anadan olmuş Həsənov Zamiq
Əvəz oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarəti almış Z. Həsənov
Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Rayon polis
əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində S. Baxışov
həbs olunub. O, ilkin dindirilmə zamanı Z. Həsənovu bacısına sataşdığına görə,
qətlə yetirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi
ilə iş başlanıb.
Gənclik ömrün dəliqanlı dövrüdür. Lakin həddən artıq dəliqanlılıq bəzən gəncliyin məhvinə gətirib çıxarır.
Elvin Babayev
O.M.