Azərbaycanda 02 aprelin kriminal xronikası

Azərbaycanda 02 aprelin kriminal xronikası

3 Aprel 2013 13:49
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 86 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı 7 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
  • 9 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 2 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Abşeron rayon sakini Q.Qədirov sünnət edilərkən qanaxmadan ölmüşdür

02.04.2013

Aprelin 2-də Abşeron rayonu Kürdəxanı kənd sakini Qurbanhüseyn Qədirov evində sünnət edilərkən qanaxmadan ölmüşdür.
Araşdırma aparılır.

Biləsuvar rayonu ərazisində G.Ağayevi bıçaqla hədələyib ondan pul və mobil telefonunu almış Beyləqan rayon sakini F.İsmayılov tutulmuşdur

02.04.2013

Aprelin 2-də Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə naməlum şəxs Cəbrayıl rayon sakini Gəray Ağayevi bıçaqla hədələyib ondan 1500 manat pul və mobil telefonunu almışdır.
Cəbrayıl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Fərid İsmayılov tutulmuşdur.

Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

02.04.2013

Aprelin 2-də saat 20.00 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Tovuz rayon sakini Zahir Cəfərov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı beton divara vurmuşdur. Nəticədə xəsarət almış Z.Cəfərov və sərnişinləri - Tovuz rayon sakinləri Mədət Əliyev, Gülarə Məmmədova, Laçın rayon sakinləri Sovet Xudaverdiyev, onun arvadı Xoşbəxt, oğlanları İslam və Orxan xəstəxanaya yerləşdirilmişlər. M.Əliyev orada ölmüşdür.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Goranboy rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini G.Şərifov vurulmuşdur

02.04.2013

Aprelin 2-də saat 23.00 radələrində Goranboy rayonunun Mollavazılı kəndində müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Gündüz Şərifov vurulmuşdur. Nəticədə G.Şərifov hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəzər rayonu ərazisində L.Əsədullayevin idarə etdiyi avtomaşınla piyada vurulmuşdur

02.04.2013

Aprelin 2-də saat 12.30 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Laiq Əsədullayev idarə etdiyi "Toyota" markalı avtomaşınla Şərur rayon sakini Yusif Rəhimovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Y.Rəhimov orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmiş Masallı rayon sakini R.Həsənov xəstəxanada ölmüşdür

02.04.2013

Aprelin 2-də Masallı rayonunun Şərəfə kəndində yaşayan Röyal Həsənov ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmiş və aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.

İlkin yoxlama rayon prokurorluğu tərəfindən aparılır.

Göyçay rayonu ərazisində 2 mərtəbəli evdə yanğın baş vermişdir

02.04.2013

Aprelin 2-də saat 14.00 radələrində Göyçay rayonu ərazisində rayon sakini Vidadi Məmmədova məxsus 2 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 140 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, V.Məmmədov və onun oğlu Orxan isə yüngül yanıq xəsarətləri almışlar.

Yanvarın 10-da A.Həmzəyevə bıçaqla xəsarət yetirib ona məxsus avtomaşını aparmış şəxslər tutulmuşlar

02.04.2013

BDYPİ və Xəzər RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Akif Həmzəyevə bıçaqla xəsarət yetirib ona məxsus "VAZ-2121" markalı avtomaşını aparmış Bakı şəhər sakinləri Kamran Cəbiyev və Səbuhi Tağıyev tutulmuşlar.
K.Cəbiyevin idarə etdiyi "BMW X-5" markalı avtomaşına baxış zamanı 5,52 qram marixuana aşkar edilərək götürülmüşdür.

Mingəçevir şəhəri ərazisindən silah-sursat tapılmışdır

02.04.2013

Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Mingəçevir şəhərinin ərazisindən tapılmış 2 ədəd qumbara, 2 ədəd şaşka, 1 ədəd fişəng, 72 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı ŞPŞ-yə təhvil verilmişdir.

Martın 28-də paytaxt sakini Y.Səmədova məxsus avtomaşından oğurluq etmiş Saatlı rayon sakini A.Əhmədov tutulmuşdur

02.04.2013

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Yaşar Səmədova məxsus "VAZ-21099" markalı avtomaşından səs gücləndiriciləri və digər əşyaları oğurlamış Saatlı rayon sakini Alim Əhmədov tutulmuşdur.

Bakı şəhər sakini A.Qasımovdan pnevmatik tüfəng götürülmüşdür

02.04.2013

Yasamal RPİ 29-cu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asif Qasımovdan müvafiq sənədləri olmayan 1 ədəd pnevmatik tüfəng götürülmüşdür.

Martın 29-da Balakən rayon sakini R.Saramanova məxsus qoyunları oğurlamış şəxslər tutulmuşlar

02.04.2013

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da Rəfayel Saramanova məxsus 11 baş qoyunu oğurlamış Meşəşambul kənd sakinləri Əli Cirinqov və Abdulla Taşrayev tutulmuşlar.

A.Allahverdiyev tapdığı silahları könüllü olaraq polisə təhvil vermişdir

02.04.2013

Qaraçux kənd sakini Ayrım Allahverdiyev tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini və 1 ədəd nömrəsi silinmiş qaz tapançasını könüllü olaraq Naxçıvan ŞPİ-yə təhvil vermişdir.

İmişli rayon sakini İ.Quliyevə məxsus mağazadan pul oğurlamış rayon sakini C.Poladov tutulmuşdur

02.04.2013

Cari ilin mart ayının 30-na keçən gecə İmişli rayonunun Xəlfəli kəndi ərazisində, kənd sakini İlyas Quliyevə məxsus mağazadan dam örtüyünü sökmək yolu ilə 700 manat pul oğurlanmışdır.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Xəlfəli kənd sakini Cəbrayıl Poladov tutulmuşdur.

"Şəhriyar Fermer Təsərrüfatı" MMC-nin rəhbəri T.Əliyevin banka saxta arayışlar verməsi müəyyən edilmişdir

02.04.2013

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci ildə "Şəhriyar Fermer Təsərrüfatı" MMC-nin rəhbəri - Tərtər rayon sakini Teyyub Əliyev "Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından kredit almaq üçün Tərlan Əliyevin, Hakim Əliyevin, Türkan Rəşidlinin, Ayşən Əliyevanın, Bəsti Əliyevanın və Vüsalə Vəliyevanın adına saxta arayışlar verməsi müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

İsmayıllı rayonu ərazisində "İsuzu" markalı avtomaşınla piyada F.Babayev vurulmuşdur

02.04.2013

Cari ilin mart ayının 30-da İsmayıllı rayonu ərazisində Sübhan Abdullayev idarə etdiyi "İsuzu" markalı avtomaşınla həmyerlisi Firudin Babayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Babayev aprelin 2-də orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.

Sumqayıt şəhər sakini A.Sadıqova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

02.04.2013

Aprelin 2-də Sumqayıt şəhər sakini Aidə Sadıqova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Sumqayıt şəhər sakini X.Qəybalızadə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

02.04.2013

Aprelin 2-də Sumqayıt şəhər sakini Xatun Qəybalızadə evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.