Bakıda avtobusda yanğın olub
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,
Binəqədi rayonu ərazisində yanğın hadisəsi qeydə
alınıb. "İveco" markalı sərnişin avtobusunun mühərrik hissəsində
qəfildən yanğın baş verib.
Yanğın zamanı mühərrikin hissələri yanıb. Yanğının qarşısını hadisə yerinə
çağırılmış yanğınsöndürənlər alıb.
Yanğına səbəb mühərrik hissədə yaranmış qısaqapanma olub. Faktla bağlı
araşdırma aparılır.
O.M.
Digər xəbərlər