
700 metr uzunluğunda mis naqil oğurlamış şəxslər tutulub
DİN Baş Cinayət-Axtarış İdarəsi və Xızı RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 23-nə keçən gecə Yaşma Dəmir Yolu Stansiyasının yaxınlığından "Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" MMC-yə məxsus işlək vəziyyətdə olan diametri 70 millimetr mis naqilin 200 metrlik hissəsini dirəklərdən kəsərək "VAZ-2105" markalı avtomaşında oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Altay Abdullayev, Şamo Bağırov və Sərxan Əliyev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyunun 20-də Giləzi qəsəbəsi ərazisindən qeyd edilən MMC-yə məxsus 700 metr uzunluğunda mis naqili kəsərək oğurlamaları da müəyyən edilib.
Oğurluq heç 40 gün də çəkmədi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər