Göyçayda həyətyanı sahədən marixuana və çətənə kolları aşkar edilib
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Polad Qəribovun evinə baxış zamanı oradan 469,73 qram marixuana və ona məxsus həyətdə isə kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 3 kiloqram 455 qram olan 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Əkdi, amma biçə bilmədi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər