Rusiya prezidentinin həkimlərindən biri öldürüldü

Rusiya prezidentinin həkimlərindən biri öldürüldü

12 Avqust 2015 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Maqadan vilayətində urologiya şöbəsinin həkimi Vladimir Tretyakov öz iş yerində öldürülüb. Bu barədə xəstəxananın rəsmi saytında məlumat verilib.

"Layf Nyus" saytı xəbər verir ki, Tretyakova qarşı sui-qəsd hadisəsi Moskva saatı ilə saat 03:00-da edilib. Məlumata görə, naməlum şəxs həkimin otağına gələrək onu lüləsi kəsilmiş ov tüfəngindən atəş açaraq öldürüb. Daha sonra qatil özünə qəsd edib.

Qeyd edək ki, Vladimir Tretyakov Rusiya Prezidenti Vladimir Putinin ən inanılmış həkimləri siyahısındadır.

Mediainfo.az