Qatillər tutuldu

Qatillər tutuldu

27 Aprel 2016 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda törədilən qətli üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova saxlanılıb.

Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

Mediainfo.az