Prokuror qohum qatilinə ömürlük cəza istəyib

Prokuror qohum qatilinə ömürlük cəza istəyib

1 İyul 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Radik Məmmədovun ömürlük, N.Zəkərəliyevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses iyulun 4-də davam edəcək.

Qeyd edək ki, oktyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb.

Hadisədən bir sonra Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini 1982-ci il təvəllüdlü Xeyirov Zamiq Namiq oğlu olduğu, qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədildiyi müəyyən edilib.

Mərhum Zamiq Xeyirovla Radik Məmmədov uzaq qohum olublar. O, ittihamlarla razılaşmayıb, belə bir hadisəni törətmədiyini deyib.

Mediainfo.az