85 manata 9 il cəza aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamiq Paşayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Samir Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Z.Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Z.Paşayev 8 sentyabr 2015-ci ildə İbrahim Həmidlinin 85 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinib. O, Binəqədi Rayon Polis İdarəsi 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Z.Paşayevə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
İnarə
Digər xəbərlər