Suraxanı rayonunun sabiq hərbi komissarının məhkəməsi başladı

Suraxanı rayonunun sabiq hərbi komissarının məhkəməsi başladı

19 Yanvar 2012 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, bu gün hakim Həbib Həsənovun sədrliyi ilə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 3-ə təyin edilib. Qeyd edək ki, Suraxanı rayonunun sabiq hərbi komissarı T.Ağayev ötən ilin aprelində həbs edilib. O və digər ittiham olunanlar rüşvət almaqda təqsirli bilinirlər.

O.M.