"Дом-2" realiti-şousunda partlayış baş verdi
Hadisə şounun təşkilatçılarının və iştirakçılarının təşvişinə səbəb oldu
Bir zamanlar Azərbaycanda yayımlanan "Qəfəs" realiti-şousunun prototipi olan Rusiya televiziyasının məşhur "Дом-2 (Ev-2)" verilişində qalmaqal yaşandı. Sakinlərin yaşadığı evin qarşısında sellofan torba partladı. Hadisə şounun təşkilatçılarının və iştirakçılarının təşvişinə səbəb oldu. İnterfax-ın məlumatına görə, hüquq-mühafizə orqanları hadisə yerindən qəlpələri və digər maddi sübutları götürərək kriminal laboratoriyaya göndəriblər. Partlayışın terror hadisəsi olduğu sübuta yetərsə, fakt üzrə cinayət işi açılacaq.
Xatırladaq ki, bu, adıçəkilən realiti-şou ilə bağlı ilk qalmaqal deyil. Bir müddət əvvəl internetdə "Дом-2 (Ev-2)" sakinlərinin porno görüntüləri yer almışdı...
O.M.
Digər xəbərlər