İsmayıllıda "QAZ" markalı yük avtomobili yandı
İsmayıllı rayonunda İsmayıllı-Lahıc yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin salonu qeyri-müəyyən səbəbdən alışıb. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər