İmişlidə çaya düşən 40 yaşlı kişinin axtarışı başlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, FHN-nin "112" qaynar telefon xəttinə saat 09:29-da bir nəfərin Araz çayının İmişli rayonu, Yuxarı Qaralar kəndi ərazisindən keçən hissəsində çaya düşdüyü barədə siqnal daxil olub. Ehtiyatsızlıq nəticəsində yıxılaraq çaya düşmüş 1972-ci il təvəllüdlü Aslanov Zahid Ədil oğlunun axtarışına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.
O.M.
Digər xəbərlər