Ova çıxmış 3 Qəbələ sakini qar uçqununa düşdü
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 vertolyotu, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.
Qəbələ Rayon Polis Şöbəsindən verilən məlumata görə, baş vermiş uçqun nəticəsində itkin düşdükləri bildirilən şəxslər - 1992-ci il təvəllüdlü Elvin Muxtar oğlu Kərimov, 1990-cı il təvəllüdlü Nazir Tahir oğlu Bayramov və 1991-ci il təvəllüdlü Zakir Qəzənfər oğlu Məmmədovdur. Onların axtarışları davam edir.
O.M.