Türkiyə vətəndaşını qarət etmiş şəxs yaxalandı

Türkiyə vətəndaşını qarət etmiş şəxs yaxalandı

17 Aprel 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mühafizə İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün Lermontov küçəsində Türkiyə vətəndaşı Ali Özoğluya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini Samir Baxşiyev tutulmuşdur. Faktla bağlı araşdırma aparılır.

O.M.