Füzuli rayon prokurorunun köməkçisi həbsə alındı
Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb. O, vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç.Mövsümovun həbsi ilə bağlı məlumatı
Füzuli Rayon Prokurorluğunda təsdiqləyiblər. Bildirilib ki, Ç.Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib.
O.M.
Digər xəbərlər