"Cancodo" rəqs qrupu Akademik Milli Dram Teatrında çıxış edəcək

"Cancodo" rəqs qrupu Akademik Milli Dram Teatrında çıxış edəcək

28 Fevral 2017 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Biriish Council məmnuniyyətlə sizi əlilliyi olan və olmayan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblının iki hissəli valehedici tamaşasını izləməyə dəvət edir. Tamaşa 7-8 mart tarixlərində, saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrında təqdim olunacaqdır. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Azərbaycan Dövlət Akademik Dram
Teatrının dəstəyi ilə təşkil edilir.
"Candoco" rəqs ansamblının Bakı şəhərində təşkil olunacaq çıxışları ilə British Council Azərbaycanda əlilliyi olan sənətkarlara bir mütəxəssis kimi püxtələşmək, yeni işlər ərsəyə gətirmək və beynəlxalq arenada əməkdaşlıq etmək üçün misilsiz imkanlar təklif edəcək yeni
proqrama start verir.
"Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır. Hamı tərəfindən bəyənilən, olduqca müasir
istiqamətə malik fəaliyyətinin 25 illiyini qeyd edən "Candoco" fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: "Beheld" (Bax) və "Set and Reset/Reset" (Qur və Yenidən qur).
Aleksandr Uitli cəsarətli və virtuoz xoreoqrafiyası sayəsində qısa müddət ərzində şöhrət qazanmış bir xoreoqrafdır. Onun "Candoco" rəqs
ansamblı üçün hazırladığı "Beheld" tamaşası alman bəstəkar Nils Framın Rutger Zuydervelt tərəfindən yenidən hazırlanmış valehedici
partiturası əsasında nəhəng parça zolaqları ilə rəqs edən heyranedici ansambl və güclü duetlərdən təşkil olunub. Bu parçada ansamblın yeddi rəqqası ətraflarındakı sahənin imkan və məhdudiyyətlərini araşdıraraq necə baxmağımız və nə görməyimizlə əlaqədar təsəvvürləri formalaşdırır və yeniləyir.
"Set and Reset/Reset" imkanların meydana çıxmasını ifadə edir, belə ki, ansamblın rəqqasları Trişa Braunun məşhur "Set and Reset" rəqsinin yeni versiyasını yaradır. Rəqsin orijinal versiyası ilk dəfə 1983-cü ildə Nyu-Yorkda Bruklin Musiqi Akademiyasında nümayiş etdirilib və 2011-ci ildə Trişa Braun ansamblı ilə birlikdə "Candoco" tərəfindən yenidən səhnələşdirilib - bu cür əfsanəvi müasir rəqs parçasının
inklüziv ansambl tərəfindən yenidən səhnələşdirilməsi halı birinci dəfə idi ki, baş verirdi.
"The Sunday Times" tamaşaları seyr etmiş izləyicilərin təəssüratlarını "İzləməkdən zövq alacağınız tamaşalar", "The Guardian" isə "İndiyə
qədər şahid olduğumuz ən güclü teatr məqamlarından biri" sözləri ilə ifadə edib. Rəqs və təlim fəaliyyəti vasitəsilə "Candoco" ansamblı
rəqsin nə demək olduğu, kimin rəqs edə biləcəyi, kimin onu yaşaya biləcəyi ilə əlaqədar mövcud təsəvvürləri alt-üst edir. Rəqs
ansamblının Bakı şəhərindəki çıxışları "Candoco" xoreoqraflarının "inklüziv müasir rəqs" mövzusuna həsr edilən praktik ustad dərsləri
ilə müşayiət olunacaqdır. Ustad dərsləri tezliklə elan olunacaqdır.
Tamaşadan bir gün əvvəl, martın 6-da British Council Yarat ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi
olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək. Tədbir incəsənət və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən
təşkilatlar üçün şəbəkələşmə imkanı təqdim edəcək. Tədbirdə dövlət qurumlarının nümayəndələri, əlillik və sosial inkluzivlik sahəsində
çalışan yerli və milli təşkilatlar, rəqs və teatr nümayəndələri, təhsil müəssisələri, nüfuzlu şəxlər və potensial sponsorlar iştirak
edəcəklər.
Candoco tamaşaları üçün biletlərin qiyməti 6 AZN-dir və biletləri Bakı şəhərinin kassalarından əldə edə bilərsiniz.
7 mart 2017-ci tarixində, saat 11:00-da Azərbaycan Dövlət Akademik Dram Teatrında Azərbaycan media nümayəndələri üçün Candoco rəqs
ansamblı üzvlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. British Councilın Azərbaycan ofisi fürsətdən istifadə edərək
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Azərbaycan Dövlət Akademik Dram Teatrına öz təşəkkürünü bildirir.

Hazırladı: Könül AYPARA