Bəzi çimərliklər  qorxulu xəstəliklər mənbəyidir

Bəzi çimərliklər qorxulu xəstəliklər mənbəyidir

1 İyun 2018 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb".

Mediainfo.az saytının femida.az-a istinadən verdiyi xəbərə görə,Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qəmbərov deyib. O bildirib ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır: "Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil" və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil".

Bildirilib ki, hazırda Xəzər dənizi sahil zolağında və çimərlik ərazilərdə ardıcıl və davamlı işlər davam etdirilir.